Çeçenistan rəhbəri Ramzan Kadırov ictimai tədbir zamanı əlində əsa ilə görüntülənib.
KONKRET.az Milli.Az-a istinadən yaydığı məlumata görə, Kadırov bu vəziyyətdə videoya çəkilib. Kadrlar Açxoy-Martan rayonunun Novı Şaroy kəndində hafizlik məktəbinin açılış mərasimində qeydə alınıb.
Yayımlanan görüntülərdə Çeçenistan liderinin əlində taxta əsa tutduğu aydın görünür. Bununla belə, onun yeriməsində hər hansı çətinlik və ya axsaqlıq olub-olmadığı videodan dəqiq seçilmir.
