“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.
KONKRET.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”, – deyə o, qeyd edib.
Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur:
“Hələlik bu barədə qərar yoxdur, amma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalar təxirə salına bilər”.