“Kalaşnikov” snayper tüfənglərini MODERNLƏŞDİRDİbackend

"Kalaşnikov" snayper tüfənglərini MODERNLƏŞDİRDİ

Rusiyanın “Kalaşnikov” konserni “Dragunov” snayper tüfəngini (SVD) əvəz etmək üçün ilk dəfə 2017-ci ildə “Ordu” forumunda təqdim edilən yeni “Çukavin” snayper tüfəngini təklif edir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov bu iki silah növü arasındakı fərqi və onların necə modernləşdirilməsi barədə danışıb.

Onun sözlərinə görə, bu, SVD-dən daha yaxşı atəş dəqiqliyi ilə fərqlənən yarı avtomatik tüfəngdir. Bundan əlavə, snayper üçün müxtəlif qurğuların quraşdırılmasına imkan yaradır.

“Kalaşnikov” konserninin prezidenti əlavə edib ki, SVD 60 il əvvəl istifadəyə verilməsinə baxmayaraq, bu silaha tələbat var.

“Qatlanan qundaqlı SVD (SVDS) hələ də etibarlı, effektiv və çox axtarılan silahdır. Bunun üzərində çox işlədik və belə nəticəyə gəldik ki, başqa məhsula keçməliyik”, – Luşnikov deyib.

Qeyd edək ki, “Dragunov” snayper tüfəngi (SVD) 1957-1963-cü illərdə Yevgeni Dragunovun rəhbərliyi altında hazırlanıb. 1963-cü ildə Sovet ordusunda istismara verilib.

“Çuvakin” snayper tüfəngi isə ilk dəfə 2017-ci ildə “Ordu” forumunda təqdim edilib. 2021-ci ildə tüfəng sınaqlardan uğurla keçib və artıq 2023-cü ildə Rusiya ordusuna təhvil verilib. “Çukavin” snayper tüfənginin maqazinsiz kütləsi 4.8 kiloqramdır. Onun ümumi uzunluğu 1170 mm, lüləsinin uzunluğu isə 620 millimetrdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*