Kamala Haris Trampı ələ saldıbackend

Kamala Haris Trampı ələ saldı

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris rəqibi Donald Trampı balanssız siyasətçi  adlandırıb və onu hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Pensilvaniya ştatının Eri şəhərində keçirilən seçki kampaniyasında vitse-prezident Trampın çıxışlarından ibarət videoçarx təqdim edilib. Harris  Trampın onu dəstəkləməyən və ya onun iradəsinə tabe olmayan hər kəsi ABŞ-ın düşməni hesab etdiyini xatırladıb: “Bütün bu illərdən sonra biz Donald Trampı yaxşı tanıyırıq.  O, hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmir”. Demokratların namizədi həmçinin Trampın aqressiv ritorikasına və qeyri-sabit davranışına diqqət çəkərək, onun seçkilərdə daha çox səs gətirməyən məmurlara, qərarları ilə razılaşmadığı hakimlərə və yazılarını bəyənmədiyi jurnalistlərə necə hücum etdiyini təsvir edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*