Kamçatkanın Elizovski rayonunda rusiyalı turist vulkanda ölüb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti xəbər verib.
İstintaqın məlumatına görə, 44 yaşlı kişi 20 nəfərlik turist qrupunun tərkibində bölgəyə gəlib. Yarımadanın cənub hissəsindəki Mutnovski vulkanından eniş zamanı turist qəflətən xəstələnib və sonra dünyasını dəyişib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.