Zaur Baxşəliyev Kamilə söz atdı – “Qəhrəmanlıq bir yeşiyi götürüb…”backend

Zaur Baxşəliyev Kamilə söz atdı - "Qəhrəmanlıq bir yeşiyi götürüb..."

“Azərbaycanda karantin rejiminin yumşalması biz də arxayınlıq yaratmamalıdır. Təhlükə var, olub və hər zaman geri qayıda bilər”.

KONKRET.az məlumat verir ki, bunu aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində deyib.

Baxşəliyev bildirib ki,  Prezident İlham Əliyev bu çətin günlərdə hər bir vətəndaşa dəstək olduğunu nümayiş etdirib və onların təhlükəsizliyini təmin edib:

“Qəhrəmanlıq bir yeşiyi götürüb kiminsə qapısına getməklə ölçülməz. Düşüncə baxımından bizdən üstdə də dayanan insanlar var ki, onların lap başında Cənab Prezidentimiz durur. Cənab prezidentimiz bütün xalqı qoruma altına aldı. Bizim bu virusa yoluxma məqamımızı daha da məhdudlaşdırdı. Ən inkişaf etmiş ölkələrdə belə nə qədər ölüm sayını gördük. Təbii Azərbaycan da itki verdi. Amma Azərbaycan o ölkələrdən oldu ki, qısa zaman kəsiyində bu çətin günlərin sınağından çıxa bildi. Amma karantin rejiminin yumşaldılması bizi arxayınlaşdırmamalıdır, həmrəyliyimizi yenə də göstərməliyik. Təhlükə var, olub və hər zaman geri qayıda bilər. Özünüzü qoruyun”.

  • Xanımgül
    Aprel 29, 2020 - 11:24

    Bəli möhtərəm Prezidentimiz öz Sərəncam və göstərişləri ilə bütün XALQI qoruma altına alıb, lakin gəlin baxaq görək yerli hakimiyyət orqanları, müvafiq Nazirliklər ONUN Sərəncam və Göstərişlərini yerlərdə necə yerinə yetirirlər??? Kamilin və KAMİL kimi bir çox insanların yardım göstərdikləri acınacaqlı vəziyyətdə yaşayan hansı bir sakinin qapısını açıblar, əgər özlərinin xəbərləri yoxdursa, bu vaxtacan başları öz problemlərinin həllinə qarışıq idisə, heç olmasa bu yaranmış çətin vaxtda bir başlarını qaldırıb, gözlərini açıb görsünlər bu vəziyyətdə yaşayanları, nə yaxşı bir yerdən çəkic səsi gələn kimi, biri uçan çəpərinin tikmək istəsə, tez yerli hakimiyyətin bütün strukturlarından qoşun kimi tökürlər o kasıbın üstünə, tikdiyini də vurub uçurlar. Heç baxmırlar ki, bu çəpəri o kasıb üçün ona qonşu tikir.
    Amma o acınacaqlı vəziyyətdə yaşayanları ac qalanda, kommunal təşkilatlar onların qazını, suyunu, işığını gəlib kəsəndə heç kim gəlib onları başa çıxmır..
    Möhtərəm Prezident əhalinin vəziyyətini yerli hakimiyyətlərinə soruşanda, deyirlər ki, vəziyyət çox yaxşıdır, işsizlik aşağı səviyyədədir, nə qədər insan işlə təmin olunub, amma deyən yoxdur ki, 200 manat əmək haqqı ilə işə düzəlib.
    Ağır vəziyyətdə yaşayan ailələrimiz çoxdur, sağ olsun bu gün yardım göstərən insanlar, qohumlar, qonşular.

    • Rizvan
      Aprel 29, 2020 - 16:22

      Halal olsun sizə bu efir yaltaqlarinin payin yerindəcə verdiyiniz ucun sizə təşəggur

  • Bakir
    Aprel 29, 2020 - 23:11

    Zaur müəllimə çox şeyi dil ilə ifadə etmək asandır.Toxun acdan xəbəri yoxdur.Amma bu çətin zamanda Kamil Zeynallının etdiyini sənin kimilər edə bilməz.Allah Kamil kimi vətənpərvər oğullarımızı qorusun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*