Kanada bu qadını axtarır – FOTOLARbackend

Kanada bu qadını axtarır - FOTOLAR

Kanadada lüks avtomobil oğurlayan qadın avtomobil sahibinin üstünə keçərək hadisə yerindən qaçıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alış-veriş bəhanəsi ilə evə gələn qadın ona baxmaq üçün mindiyi maşını qəfil işə salıb və oradan uzaqlaşıb. Oğurluq anları təhlükəsizlik kamerasına düşüb.

Kanada bu kadını arıyor! Tuzağı kurdu, çaldığı arabayla sahibini ezerek kaçtı - 1. Resim

Avtomobil oğurlayan gənc qadın 2 həftəyə yaxındır ki, axtarışdadır.

Polisin yaydığı təhlükəsizlik kamerası görüntülərinə görə, hadisə sentyabrın 6-da yerli vaxtla saat 14:00 radələrində baş verib

Qapıda nəqliyyat vasitəsi sahibi ilə danışan gənc qadın atasını gözlədiyini, lakin əvvəlcə maşını görmək istədiyini bildirib. Avtomobilin sahibi qadına avtomobili görməyə icazə verib.

Kanada bu kadını arıyor! Tuzağı kurdu, çaldığı arabayla sahibini ezerek kaçtı - 2. Resim

Təhlükəsizlik kamerası görüntülərində avtomobilə minən qadının qısa müddət sonra avtomobilin qapılarını kilidlədiyi, daha sonra isə avtomobilin qapılarını yoxlayan kişini əzdiyi görünür.

Daha sonra kişi ayağa qalxır, lakin qadın onu müşayiət edən başqa bir yolsuzluq avtomobili ilə hadisə yerindən qaçır.

Hadisə zamanı avtomobil sahibi yüngül xəsarət alıb. Qadının hadisə yerinə gəldiyi avtomobilin görüntüsünü paylaşan polis əhalini onlayn məhsul satışı zamanı diqqətli olmağa çağırıb.

Polisin məlumatına görə, avtomobil oğurluğunun tez-tez baş verdiyi Peel rayonunda yanvarın 1-dən mayın 31-dək 3316 avtomobil oğurlanıb.

Ötən il isə rayonda cəmi 8 min 322 avtomobil oğurluğu hadisəsi baş verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*