Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdibackend

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada hökuməti İrana qarşı insan haqlarının pozulması, dron və ballistik raketlərin istehsalı ilə bağlı sanksiyaların bir hissəsi olaraq 2 qurum və 8 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Biz İran rejimini İran xalqına qarşı zülmü dayandırmağa və onların tələblərinə vicdanla cavab verməyə çağırırıq”, – deyə xarici işlər naziri Melani Coli bəyanatda bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*