Kanada miqrantları da hərbi xidmətə GÖNDƏRƏCƏKbackend

Kanada miqrantları da hərbi xidmətə GÖNDƏRƏCƏK

Kanadanın Milli Müdafiə Nazirliyi vətəndaşlığı olmayan, daimi yaşayan miqrantları hərbi xidmətə cəlb etmək qərarına gəlib.

KONKRET.azAnadoluya istinadən xəbər verir ki, Kanada Silahlı Qüvvələrində COVID-19 epidemiyası ilə bağlı kadr çatışmazlığı pik həddə çatıb.

Nazirlik elan edib ki, daimi yaşayan miqrantlar təlim keçməsindən asılı olmayaraq Kanada Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edə bilərlər.

Qeyd olunub ki, Kanada ordusunda dəniz, hava və quru qoşunları üçün 8 min əsgər çatışmır. 2023-cü ilin mart ayına qədər orduya 5 min 900 yeni əsgər cəlb ediləcək.

Nazirlikdən bildirilib ki, bu miqrantların vətəndaşlıq almasına da kömək edə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*