Ermənistan parlamentinin sədri Alen Simonyanın Kanadaya səfəri təxirə salınıb.
KONKRET.az xəbər verir ki, Kanadadakı siyasi böhran səbəbindən səfər qeyri-müəyyən müddətə təxirə salınıb. Kanada parlamentinin İcmalar Palatasının sədri Qreq Ferqus şəxsən Ermənistan Milli Assambleyasının sədrinə zəng edərək səfərin vaxtının dəyişdirilməsini xahiş edib.
Erməni mediasının yazdığına görə, Kanadadakı erməni icmasının müxtəlif dairələri Simonyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina ediblər.
Natiq Səlim,
KONKRET.az