Kanada yerli əhaliyə 2,1 milyard dollar təzminat ÖDƏYƏCƏKbackend

Kanada yerli əhaliyə 2,1 milyard dollar təzminat ÖDƏYƏCƏK

Kanada hökuməti internat məktəblərində uşaqlarına qarşı zorakılığa görə yüzlərlə yerli icma nümayəndələrinə 2,8 milyard Kanada dolları (2,1 milyard ABŞ dolları) ödəyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Bildirilib ki, 2012-ci ildə yerli icmaların 325 nümayəndəsi hakimiyyət orqanlarına qarşı kollektiv iddia qaldırıb.

Qeyd olunub ki, 1800-cü illərin sonundan 1990-cı ilə qədər Kanada hökuməti əsasən Katolik Kilsəsi tərəfindən idarə olunan 139 internat məktəbinə təxminən 150 min uşaq göndərib. Orada uşaqlar ailələrindən, dillərindən, mədəniyyətlərindən uzaq düşüblər.

Minlərlə uşağın baxımsızlıq, qidalanma və ya xəstəlikdən öldüyü, bir çoxunun isə cinsi və fiziki zorakılığa məruz qaldığı güman edilir.

Qeyd edək ki, 2015-ci ildə araşdırma komissiyası baş verənləri “mədəni soyqırım” adlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*