Kanadada qasırğa səbəbindən 60 min insan elektriksiz qaldıbackend

Kanadada qasırğa səbəbindən 60 min insan elektriksiz qaldı

Kanadanın Nyufaundlend adasının şərq sahillərində “Larry” qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 m/s-ə çatır.

Külək yüzlərlə ağac, yol nişanı və reklam lövhələrini uçurub. Hazırda yolların bir hissəsi daşqın səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

İnsan tələfatı barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*