Kanadayla Hindistan arasında diplomatik gərginlik davam edirbackend

Kanadayla Hindistan arasında diplomatik gərginlik davam edir

Kanada Hindistan diplomatlarına qarşı irəli sürülən ittihamlarla bağlı Hindistana heç bir sübut təqdim etməyib. Hindistan tərəfinin fikrincə, iki ölkə arasındakı münasibətlərə dəyən ziyana görə məsuliyyət yalnız Kanadanın baş naziri Kastin Trüdonun üzərinə düşür.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Kaisval məlumat verib. “Kanadanın  Hindistan diplomatlarına qarşı irəli sürdüyü  ittihamları  əsaslandırmaq üçün  heç bir sübutu yoxdur. Qeyri-münasib təcrübənin Hindistan-Kanada münasibətlərinə vurduğu zərərə görə məsuliyyət yalnız Baş nazir Trudeaunun üzərinə düşür”.

Kanadanın baş naziri Kastin Trudeau 2023-cü ildə ölkədə Hindistan hökumətinin agentlərinin iştirakını sübut edən dəlillər ortaya qoymuşdu. Bundan sonra iki Hindistan diplomatı ölkədən çıxarılmışdı. Bir neçə gün əvvəl Hindistan Xarici İşlər Nazirliyi Kanadanın ittihamlarını absurd adlandıraraq bəyanat yayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*