“Kanal-11” internet televiziyasının rəhbərinin cəzası azaldıldıbackend

"Kanal-11" internet televiziyasının rəhbərinin cəzası azaldıldı

“Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən Teymur Kərimovun cəzası 1 il azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.

Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*