Kanalizasiya borularında dünya hitlərini ifa etdilər – VİDEObackend

Kanalizasiya borularında dünya hitlərini ifa etdilər - VİDEO

Özbəkistanın “Blueman” qrupu “Central Asia Got Talent” beynəlxalq istedad müsabiqəsində qeyri-standart bir nömrə ilə çıxış edib. Musiqiçilər müğənni Şakiranın (Waka Waka) və Europe qrupunun (The Final Countdown) məşhur mahnılarını plastik kanalizasiya borularında terliklərdən istifadə edərək səsləndiriblər.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, gənc özbəklər öz müsuqi alətlərini əllərində olan vasitələrin köməyi ilə düzəldiblər.

Xatırladaq ki, “Central Asia Got Talent” müsabiqəsi dünyanın 70-dən çox ölkəsində insanların qəlbini fəth edərək, Orta Asiyadan (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan) sadə insanlara yaşından və istedadından asılı olmayaraq unikal qabiliyyətlərini göstərmək şansı verən bir istedad şousudur. Şounun qalibi şöhrət, milyonlarla izləyicinin dəstəyini və böyük pul mükafatı alır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

2014-cü ilin aprel ayında “Got Talent” formatı dünyanın ən uğurlu televiziya formatı olaraq “Ginnesin Rekordlar Kitabı”na düşmüşdü – o zaman şou artıq 58 ölkədə keçirilirdi.

“Central Asia Got Talent” Mərkəzi Asiyanın 4 ölkəsində yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*