Karantin qaydalarını pozan iki şadlıq evinin sahibi həbs olundubackend

Karantin qaydalarını pozan iki şadlıq evinin sahibi həbs olundu

Ağdaş Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, “Ağ saray” və “Samirə” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin icarədarları Məmməd Sadıqov (“Samirə” şadlıq sarayı) və Səbuhi Mustafayev ( “Ağ saray” şadlıq sarayı ) inzibati məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Ağdaş şəhərində yerləşən “Ay işığı” şadlıq evində qeydə alınıb. Belə ki, icarədar Telman Yusubovun keçirilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməməsi aşkarlanıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*