Karateçimiz qızıl uğrunda döyüşəcəkbackend

Karateçimiz qızıl uğrunda döyüşəcək

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində karateçimiz finalda mübarizə aparacaq.

KONKRET.az xəbər verir ki, təmsilçimiz Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkania ilə qarşılaşacaq.

Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı kata komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*