Karen Donfrid Mirzoyanla danışdıbackend

Karen Donfrid Mirzoyanla danışdı

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Karen Donfrid Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi, eyni zamanda, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələlərinə toxunublar.

Məlumat üçün deyək ki, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da Karen Donfridlə telefon danışığı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*