Karo Paylan Laçın dəhlizi ilə bağlı Çavuşoğluya SORĞU GÖNDƏRDİbackend

Karo Paylan Laçın dəhlizi ilə bağlı Çavuşoğluya SORĞU GÖNDƏRDİ

Erməni deputat Laçın dəhlizi ilə bağlı Çavuşoğluya yazılı sorğu göndərib.

KONKRET.az xəbər verir ki, Türkiyəli erməni əsilli millət vəkili Karo Paylan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya müraciət edib.

“Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat marşrutu olan Laçın dəhlizi bir aydan çoxdur ki, azərbaycanlı ekoloqlar və Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən “bağlanıb”.

Laçın dəhlizinin “bağlanması” ilə əlaqədar Qarabağda ərzaq və dərman kimi əsas ehtiyaclara çıxış böhranı günü-gündən şiddətlənir. Qarabağdan olan “120 min” erməni təbii qaz və elektrik enerjisinin kəsilməsi səbəbindən sərt qış şəraitində ağır “humanitar böhran”la üzləşib.

Qarabağda dərinləşən “humanitar böhran”ın həlli üçün nə edirsiniz?

Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin açılması üçün hansı diplomatik təşəbbüslərlə çıxış etmisiniz?

Siz başa düşürsünüz ki, Laçın dəhlizinin “blokada”sı regionda sülhün bərqərar olması üçün fürsət pəncərəsini bağlayır?

Dünyada baş verən bir çox humanitar böhranların həllində iştirak etməklə fəxr edən Türkiyə Qarabağda “blokada”da yaşayan “120 min” erməninin müdafiəsinə niyə barmağını belə qaldırmır?”, – deyə erməni deputat yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*