Qazaxıstanın Qızılorda vilayətində bank işçisi 600 milyon təngədən çox (1,4 milyon dollar) pul oğurlayıb.
KONKRET.az xəbər veir ki, nəzarətçi-kassir pulları hissə-hissə götürüb.
Bütün bunlar 2021-2023-cü illər ərzində bankın müşahidə kameraları tərəfindən qeydə alınıb. Nəticədə bankın bazasında 602 milyon 900 min təngə (təxminən 1,4 milyon dollar) çatışmazlıq aşkarlanıb.
İbtidai istintaq zamanı bukmeker kontorlarından birində şübhəli şəxsin adına olan login aşkar edilib. Hesabdan çıxarışa görə, son 3,5 ildə ora 158 milyon təngə yatırılıb.
Etdiyi əməli tam etiraf edən şübhəli şəxs saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
İbtidai istintaq davam edir.
Burhan,
KONKRET.az