“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, – deyə Gürcüstan lideri qeyd edib.