Kaya Kallas Putin–Tramp sammiti ilə bağlı Aİ XİN rəhbərlərini təcili toplantıya çağırıb
KONKRET.az xəbər verir ki, Reuters-in məlumatına görə, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas yaxın günlərdə keçiriləcək Putin–Tramp sammiti ilə bağlı Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin təcili toplantısını çağırıb.
Kallas bildirib ki, müzakirələrin əsas mövzusu Kiyev və Avropa İttifaqının maraqlarının nəzərə alınması olacaq:
“ABŞ və Rusiya arasında istənilən razılaşma Aİ-ni və Ukraynanı da əhatə etməlidir,” – deyə o vurğulayıb.
Natiq Səlim,
KONKRET.az