Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü oldu – YENİLƏNDİbackend

Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü oldu - YENİLƏNDİ

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

KONKRET.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

***

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

KONKRET.az xəbər verir ki, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*