“Ermənistan ordusunun döyüş səmərəliliyinin zəifləməsində birbaşa məsuliyyət daşıyan bu “general” özünü Silahlı Qüvvələrin Baş Qərargah rəisi elan etdi”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Vahid Ermənistan” Partiyasının lideri Artur Kazinyan özünün facebook səhifəsində yazıb. O qeyd edib ki, “Xatırlayırsınızsa, Əliyev bir müddət əvvəl demişdi ki, Ermənistanın orduya ehtiyacı yoxdur. Azərbaycan rəhbəri bunu Rusiya səfirinin ölkəsinin Ermənistan ordusunu modernləşdirmək niyyəti barədə verdiyi açıqlamaya cavab olaraq bildirmişdi.
Son beş ayda baş verən hadisələr göstərdi ki, Əliyevin göstərişləri Paşinyan tərəfindən qeyd-şərtsiz qəbul olunur və icra edilir. Əliyevin Ermənistan ordusunu tamamilə məhv etmək əmri Paşinyan tərəfindən kobud qanun pozuntusu ilə Artak Davtyanı baş qərargah rəisi təyin edilməklə yerinə yetilir. Azərbaycanlı agentlərə və siyasi axmaqlara isə demək istəyirəm ki, Onik Qasparyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmaqda davam edir və ona qarşı edilən hər hansı bir hərəkət cinayət olaraq qiymətləndiriləcəkdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az