Kəbədəki hacılara xoş xəbər – Artıq robot qulluq edəcəkbackend

Kəbədəki hacılara xoş xəbər - Artıq robot qulluq edəcək

Səudiyyə Ərəbistanı həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və istiqamətləndirmək üçün 2 robotu istifadəyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan “şəxsi robot”un zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq bacarığına sahib olduğu qeyd olunub.

Eyni zamanda, robot hacılar və Kəbədə işləyən məmurların işinə riayət edib-etmədiyinə, maskadan istifadə olunub-olunmadığına nəzarət edəcək, havanın temperaturunu ölçəcək, müşahidə aparıb ərazini davamlı dezinfeksiya edəcək./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*