Dövlət Dumasının keçmiş deputatı Gennadi Raykov qəflətən dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, Xalq Partiyasının keçmiş rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü və Dövlət Dumasının keçmiş deputatı Raykov 85 yaşında vəfat edib. Bu barədə “Vahid Rusiya”dan olan Dövlət Dumasının deputatı, Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini Leonid İvlev RBC-yə məlumat verib.
Onun sözlərinə görə, Raykov bu gün qəfil dünyasını dəyişib:
O, gəzməyə getdi, qəfil özünü pis hiss etdi, təcili yardım çağırdılar, amma gələnə qədər Raykov öldü”, – deyə İvlev bildirib.
Raikov 1995-2007-ci illərdə Dumanın deputatı olub, sonra Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.
Burhan,
KONKRET.az