Keçmiş məhkum evlərdən 30 minlik oğurluq etdibackend

Keçmiş məhkum evlərdən 30 minlik oğurluq etdi

Şabran rayonunda evlərdən oğurluq olub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5 300 manat, digər evdən isə 24 952 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*