Keçmiş məhkum ictimai nəqliyyatda oğurluq etdibackend

Keçmiş məhkum ictimai nəqliyyatda oğurluq etdi

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*