Keçmiş MTN polkovniki Ali Məhkəməyə MÜRACİƏT ETDİbackend

Keçmiş MTN polkovniki Ali Məhkəməyə MÜRACİƏT ETDİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi polkovnik Bahadir Qocayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

KONKRET.az xəbər verir ki, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində (LDU) prorektoru vəzifəsində çalışıb. MTN-in sabiq vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*