Qazaxıstanın keçmiş müdafiə naziri ŞƏT-in baş katibi olub.
KONKRET.az xəbər verir ki, Nurlan Yermekbayev 2025-2027-ci illər üçün təşkilatın baş katibi təyin edilib. Bu barədə qərar ŞƏT-in Astana sammitində qəbul edilib.
Yermekbayev 2023-cü ilin yanvarından ŞƏT-in baş katibinin müavini, ondan əvvəl isə 2018-ci ilin avqustundan müdafiə naziri vəzifəsində çalışıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az