Keçmiş prezident istintaqa ÇAĞIRILDI – FOTObackend

Keçmiş prezident istintaqa ÇAĞIRILDI - FOTO

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Səudiyyə Ərəbistanına səfərindən qayıdarkən aşkar edilmiş 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə vermək üçün çağırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Braziliyanın ədliyyə naziri Flavio Dino bildirib.

Nazir verdiyi açıqlamada Bolsonaronun ifadə vermək üçün çağırılacağını bildirsə də, tarix ilə bağlı məlumat verməyib.

“Keçmiş prezident ifadə vermək üçün çağırılacaq. Gəlməzsə, beynəlxalq əməkdaşlıq mexanizmlərinin işə düşəcəyi yeni bir vəziyyət yarana bilər”, – o deyib.

Dino istintaq çərçivəsində çoxlu fotoşəkil, video və sübutların olduğuna diqqət çəkib.

Qeyd edək ki, 3,2 milyon dollar dəyərində olan qızıl-zinət əşyaları Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən hava limanında Bolsonaronun ekipajından birinin çantasında tapılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*