Boliviyanın keçmiş prezidenti Evo Morales axtarışa verilib.
KONKRET.az xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları əməkdaşları Moralesin avtomobilini saxlamağa cəhd etsələr də, keçmiş prezident onlara atəş açıb. Boliviyanın daxili işlər naziri Eduardo Del Kastilyonun bildirdiyinə görə, Moralesin avtomobilinə Villa Tunari şəhəri yaxınlığında “dayan” əmri verilib. Nəticədə maşındakılar polisləri atəşə tutublar. Nazir daha sonra əlavə edib ki, keçmiş prezident qaça bilib.
Vəli Həsənoğlu,
KONKRET.az