Kədxodayi: “Əsas Qanun bu barədə susur”backend

Kədxodayi: "Əsas Qanun bu barədə susur"    

Yeni hökumətin nə vaxtdan fəaliyyətə başlaması ilə bağlı qanunda boşluq var.

KONKRET.az xəbər verir ki, bunu Nəzarətçilər Şurasının sabiq sözçüsü Abbasəli Kədxodai deyib.

Onun sözlərinə görə, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin ölümündən sonra növbəti prezident 50 gün ərzində seçilməlidir, lakin yeni hökumətin qurulma vaxtı barədə qanunvericilikdə heç bir söz deyilmir:

“Konstitusiya bu məsələdə susur və yalnız vurğulanır ki, seçkilər 50 gün ərzində keçirilməlidir. Yeni prezident seçildikdə parlament andiçmə mərasimi keçirməlidir, sonra icra işləri başlayır, kabinə üzvləri etimad səsverməsinə çıxarılır.

Yeni administrasiya formalaşana qədər köhnə kabinənin üzvləri vəzifələrini  icra etməyə borcludurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*