Böyük Britaniya Baş naziri Keir Starmerə məxsus Londondakı iki ayrı mülkdə baş verən yanğınlarla əlaqədar olaraq terrorla mübarizə çərçivəsində istintaq başlanıb. Polis əməkdaşları hadisə yerinə gəldikdə, mülklərin qəsdən yandırıldığını müəyyən ediblər.
KONKRET.az xəbər verir ki, yanğında şübhəli bilinən 21 yaşlı şəxs saxlanılıb. Həmçinin, hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, mülklərə ciddi ziyan dəyməyib.
Səlahiyyətlilər mayın 8-də həmin məhəllədə avtomobildə baş verən yanğınla və mayın 11-də yaxınlıqda yerləşən digər bir əmlakın girişində qeydə alınan yanğın arasında əlaqə olub-olmadığını araşdırırlar. İstintaq davam edir.
Aynurə İsmayıl
KONKRET.az