Kəlbəcərdə 8 nəfər MİNAYA DÜŞDÜ – Şəhidimiz var / YENİLƏNİBbackend

Kəlbəcərdə 8 nəfər MİNAYA DÜŞDÜ - Şəhidimiz var / YENİLƏNİB

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

19:55

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə mina partlayışı baş verib.

KONKRET.az xəbər verir ki, Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.

Onlardan biri şəhid olub.

19:47

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

19:06

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*