Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİbackend

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ

Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşdüyü ərazinin görüntüləri yayılıb.

KONKRET.az APA-ya istinadən həmin görüntülərini təqdim edir:

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*