Kəlbəcərdə yeni insident – Ordumuz xəbərdarlıq etdibackend

Kəlbəcərdə yeni insident - Ordumuz xəbərdarlıq etdi

Kəlbəcərlə sərhəddə yerləşən Ermənistanın Geqarkunik rayonunun Kut (Zərkənd) kəndi ərazisində baş verən insidenti Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Ermənistan MN “heyvanlarını otaran” Kut kənd sakininin sərhədə yaxınlaşdığını, bu zaman isə Azərbaycan Ordusunun xəbərdarlıq atəşi açdığını bildirib.

Rəsmi açıqlamada heyvanların bəzilərinin Azərbaycan ərazilərinə daxil olduğu da etiraf edilib. Qeyd edilib ki, qalan heyvanlar geri aparılıb.

Qeyd edək ki, bundan öncə 100 baş qoyunun Azərbaycan sərhədləri daxilinə keçdiyi, Azərbaycan ərazisinə girməyə çalışan erməni çobanın isə ərazidən qovulduğu bildirilmişdi.

Xatırladaq ki, ermənilərin “çoban” və “qoyunotaran” adı ilə sərhədlərimizə sızması ehtimalı da böyükdür. Belə ki, ermənilər artıq dəfələrlə Azərbaycan sərhədlərinə keçərək, terrorçuluq ediblər. 27 mayda isə Azərbaycan Ordusunun təminat yoluna mina döşəyən 6 diversant-terrorçu yaxalanıb.

  • GARACANTA
    İyun 6, 2021 - 09:11

    maraqlıdır ki, rus gavurları minaya düşmür, bu o deməkdir ki, rus gavurları bu prosesləri idarə edirlər

  • GARACANTA
    İyun 6, 2021 - 10:32

    Atatürkün 2023 cü il üçün Vəsiyyətini Dinləyin – https://www.youtube.com/watch?v=liTt_nLf3wU
    Türk Cümhuriyyətləri Birliyi. Rus gavurları buna mane olmaq istəyirlər!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*