Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdibackend

Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Araz Müsafir oğlu Hüseynov vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayından Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşov Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirlikdə yüksək vəzifəyə təyin edilib.

Həmin vaxtdan Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsi boş qalmışdı.(qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*