Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMRbackend

Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMR

İyunun 4-6-da Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*