Kemeron İsrail və Türkiyəni hədələdibackend

Kemeron İsrail və Türkiyəni hədələdi

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya ilə əməkdaşlıq edən və onun fikrincə, müdafiə sənayesinə kömək edən İsrail və Türkiyə şirkətlərini sanksiyalarla hədələyib.

KONKRET.az xəbər verir ki, o, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, görmək istədiyi ilk şey, həqiqətən də, Rusiya fərdlərinə və şirkətlərinə qarşı sərt sanksiyalardır.

Kemeronun sözlərinə görə, “Brexit”dən sonra sanksiyalar arsenalı yığılıb: “Bu gün biz yenilərini elan edirik”. Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Rusiya neft tankerlərini “ovlamağa” çağırıb və İtaliya limanlarına yaxınlaşarkən onların bloklanmasını görmək istədiyini bildirib.

“Qeyd etmək vacibdir ki, sanksiyalar təkcə Britaniya və ya Avropada fəaliyyət göstərən şirkətlərlə məhdudlaşmır: biz onları bütün dünyada hədəfləyirik”, – Kemeron əlavə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*