Kəngərlidə hərbi sursatlar tapıldıbackend

Kəngərlidə hərbi sursatlar tapıldı

Polis əməkdaşları tərəfindən Kəngərli rayon Yeni Kərki kəndindən kənar, açıq ərazidə hərbi sursatlar aşkar edilib

KONKRET.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan minası və 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Süsən İsmayılova
    Fevral 19, 2025 - 00:20

    Hərbi sursatları döyüş bölgəsindən və hərbi hissədən çıxaranlar müəyyən edib cəzalandırmaq lazımdır. Başqalarının həyatı təhlükədə ola bilər. BU ciddi məsələdir

Süsən İsmayılova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*