Kiçik Ermənistan böyük Rusiyanı hansı oyuna çəkmək istəyir?backend

Kiçik Ermənistan böyük Rusiyanı hansı oyuna çəkmək istəyir? - AÇIQLAMA

Erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan son günlər Azərbaycanın iyun ayınadək Xankəndini tamamilə nəzarətə götürməsi haqda yayılan informasiyalara münasibət bildirib. Onun “Stepanakerti (Xankəndi-red.) tabeliyinə keçirmək üçün Azərbaycan Rusiya Federasiyası ilə müharibəyə girməlidir”, – sözləri diqqət çəkib.

KONKRET.az bildirir ki, Rusiyapərəst mövqeyi ilə tanınan və erməni dilində danışa bilməyən politoloqun son hadisələrin fonunda bu cür cürətli fikirlər səsləndirməsi təsadüf sayıla bilməz. Məşhur Azərbaycan ata sözündə olduğu kimi “Bəy mənim arxam, mən kimdən qorxum” deyimi ilə hərəkət edən ermənilərin bundan sonra da qızışması istisna edilmir.

Son günlərdə Ermənistan və Rusiya arasında hərbi-diplomatik trafikin artması da bu mətləbdən xəbər verir.

Xatırladaq ki, bu ilin aprel ayını 29-da Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Moskvada Rusiya müdafiə nazirinin müavini, baş qərargah rəisi Valeri Gerasimovla görüşüb və burada mühüm danışıqlar həyata keçirib.

Bu ilin may ayının 6-da isə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfərə gəlib və burada baş nazir əvəzi Nikol Paşinyan, habelə xarici işlər naziri Ara Ayvazyanla rəsmi Moskva üçün həssas sayılan bir sıra məsələlərlə bağlı müzakirələr aparıb. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, görüşün ən uğurlu nəticəsi kimi iki tərəf arasında “Bioloji təhlükəsizliyin təmin olunması məələləri üzrə qarşılıqlı anlaşma ilə bağlı memorandum”un imzalanmasını göstərmək olar.

Sənəd guya, iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığın sıxlaşdırılmasını nəzərdə tutsa da, əsas məsələ başqa olub. Belə ki, memoranduma əsasən Rusiya Səhiyyə Nazirliyinin və Müdafiə Nazirliyinin əməkdaşları Ermənistanda Pentaqon tərəfindən və ABŞ-ın pulları ilə qurulan bioloji laboratoriyalara daxil olmaq hüququ qazanıbar. Məlum olduğu kimi, amerikalılar Ermənistanda Xəstəliklərə nəzarət və profilaktikası üzrə laboratoriyanın modernləşdirilməsinə 10 milyon dollardan çox pul xərcləyiblər. Analoji mərkəzlər Ukrayna, Gürcüstan və Qazaxıstanda da fəaliyyət göstərir. Kreml həmin laboratoriyalara şübhə ilə yanaşdığını heç vaxt gizlətməyib və uzun müddətdir buraya daxil olmağa çalışır. Xatırladaq ki, 2019-cu ilin payızında Sergey Lavrovun İrəvan səfərində Paşinyan hökuməti bu sənədi imzalamaqdan boyun qaçırmışdı.

Görünür, Rusiya xarici işlər naziri belə bir hədiyyəyə görə İrəvanda Azərbaycanda saxlanılan erməni terrorçularının məsələsini qaldırıb.

Maraqlıdır ki, məhz bu ərəfələrdə ABŞ-da iqtidarda olan Co Bayden administrasiyası Azərbaycan üzərinə qoyulan 907-cü düzəlişlə bağlı bir sıra məhdudlaşdırmaları qaldırıb.

Aleksandr İsgəndəryan özü Sergey Lavrovun səfərindən bir gün öncə Rusiyanın atəşkəs elan olduqdan sonra sülh prosesinin necə davam edəcəyi barədə konkret təsəvvürə malik olduğunu deyib.

Onun sözlərinə görə, hazırkı anda ATƏT-in Minsk qrupunun bərpası ilə bağlı səylər də bu qəbildəndir.
“Bir sıra konsepsiyalar var ki, onlardan bəziləri keçmişdə qalmışdı. Onlardan biri 3 həmsədrdən ibarət Minsk qrupunun yenidən işə salınması, ikincisi infrastrukturların (yolların) açılması və bununla da vəziyyətin yumşaıldılmasıdır. Sergey Lavrovun səfərinə də mövcud problemlərin müzakirəsi nöqteyi-nəzərindən baxmaq lazımdır”,-deyə o bildirib.

Ermənilərin son dövrlərdə yenidən Rusiyanın ətəyindən yapışması heç kimdə təəccüb doğurmur. Çünki Rusiyanı əbədi olaraq Xankəndində qalması onların uzun müddətdir bərpa etməyə çalışdıqları “status-kvo”nun (buraya ATƏT-in Minsk qurpunun yenidən işə salınması da daxildir) yenidən gündəmə gəlməsi, Dağlıq Qarabağda qeyri-müəyyən situasiyanın daha bir müddət qalması və beləliklə gələcəkdə hər hansı bir hərbi revanş üçün vaxt udulması deməkdir.

Bu prosesə Rusiyanın necə reaksiya verəcəyi və hansı yöndən baxacağı ayrıca maraq mövzusudur. Kreml kiçik düşünürsə, yəni bölgəni sırf nəzarəti altında saxlamaq naminə burada tərəflər arasında münaqişənin əbədi olaraq saxlamaq üçün ermənilərin bu istəyi ilə razılaşa bilər.

Yox, əgər miqyası böyük götürürsə, yəni bölgədə strateji qlobal infrastruktur layihələrində mühüm paya sahib olmağı arzulayırsa, o zaman Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır.

Sonda ermənilər üçün daha bir ata məsələni yada salmaq yerinə düşər: “Kölgədən heç vaxt insana arxa olmaz”./Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*