“Kılıçdaroğlu istefaya getməyəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Sezju telekanalının aparıcısı Fatih Portağal bildirib.
“Türkiyədə prezident seçkilərində müxalifətin yeganə namizədi olan CHP lideri Kamal Kılıçdaroğlu mayın 28-də keçirilən səsvermənin ikinci turunda məğlub olduqdan sonra postunu tərk etmək fikrində deyil. Cümə axşamı, iyunun 1-də CHP-nin İcraiyyə Komitəsinin iclası olacaq, orada isə heç nə olmayacaq. Siz də bilin, Kılıçdaroğlu getməyəcək, partiyanın başqanı vəzifəsində qalır”, – deyə aparıcı bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Özbaşına deyil.Özü gəlməyib ki, özü də getsin