“Kılıçdaroğlu Paşinyanın roluna keçib, onun səsləndirdiyi fikirlər blefdir” – SƏRT AÇIQLAMAbackend

"Kılıçdaroğlu Paşinyanın roluna keçib, onun səsləndirdiyi fikirlər blefdir" - SƏRT AÇIQLAMA

“Zəngəzur dəhlizi məsələsi mövcuddur. Bu dəhlizin açılması lazımdır. Lakin İran və Ermənistan arasında münasibətlər bu dəhlizin açılmasını bir qədər çətinləşdirir”. Bu sözləri CHP lideri, Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu səsləndirib. Bir müddət öncə nümayiş etdirdiyi xəritə ilə Azərbaycanı kənarda saxlayan Kılıçdaroğlunun indi İran və Ermənistanı tənqid etməsi və Zəngəzur dəhlizindən danışması birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Maraqlıdır görəsən, Kılıçdaroğlu niyə birdən-birə İran və Ermənistanı ittiham etməyə və Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışmağa başlayıb? Onun məqsədi nədir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Kılıçdaroğlu Paşinyanın roluna keçib: “Paşinyan eyni anda bir neçə stulda oturmaq istəyir və uzun illərdir belə siyasət yürüdür. Kılıçdaroğlu da bu cür etməyə çalışır. Xüsusilə, “Ata Bloku”ndan dəstək aldıqdan sonra millətçilərlə rəqs etməyə başlayıb, HDP liderləri ilə görüşərək fotolar paylaşıb. İndi də Zəngəzur dəhlizindən danışmağa, İran və Ermənistanı tənqid etməyə cəhd göstərib. Sanki birinci turda göstərdiyi xəritə ilə Azərbaycanı kənarda saxlayan Kılıçdaroğlu deyildi. Sadəcə olaraq Kılıçdaroğlu ikinci turda maksimum səs almağa çalışır. Millətçilərlə rəqs etməyə başlayıb. Ona görə də, Azərbaycana qarşı müsbət istiqamətdə yönəlmiş açıqlamalar edir”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloq hesab edir ki, Kılıçdaroğlunun səsləndirdiyi fikirlər sadəcə blefdir: “Bunu blef sayıram, qeyri-səmimi və saxta açıqlamalar hesab edirəm. Sadəcə olaraq səs almaq üçün səsləndirilən, buna rəğmən çox gecikən fikirlərdir. Artıq Azərbaycan xalqı Kılıçdaroğlunun əsl simasını görüb. Ona görə də, öz dövlətinin mənafeyini anlayan azərbaycanlı heç vaxt  Kılıçdaroğluna dəstək verməz”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*