Kim Çen In “COVID-19” epidemiyasını “böyük şok” adlandırdıbackend

Kim Çen In "COVID-19" epidemiyasını "böyük şok" adlandırdı

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasını “böyük şok” adlandırıb.

KONKRET.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) şənbə günü verdiyi məlumata görə, həkimlər COVID-19 səbəbiylə 21 yeni ölüm qeydə alıb və bununla da ümumi ölüm sayı 27-yə çatıb.

Şənbə günü səhər KXDR lideri Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun koronavirusla mübarizə tədbirlərini müzakirə edən iclasına sədrlik edib. “Bədxassəli infeksiyanın yayılmasını respublikanın yarandığı gündən böyük şok adlandırmaq olar”, – KXDR lideri deyib. O əlavə edib ki, əgər biz epidemiyaya qarşı mübarizəni gücləndirsək və ciddi karantin tədbirlərinə riayət etsək, bu böhrandan çıxmaq olar.

“Yoluxmalar əsasən təşkilatlar və təcrid olunmuş, nəzarətsiz bölgələr arasında baş verir. Qabaqcıl ölkələrin epidemiya əleyhinə tədbirlərin təcrübəsinin və nəticələrinin öyrənilməsi vacibdir. Çin Partiyasının və onun xalqının zəngin təcrübəsini və fəaliyyətinin nəticələrini araşdırın”, – Kim Çen In Siyasi Büronun toplaşan üzvləri qarşısında çıxış edib.

Xalq Cümhuriyyətinin hakimiyyət orqanları mayın 13-də ölkədə hərarət əlamətləri olan 174 min nəfərin aşkar edildiyini bildirib. Eyni zamanda, aprel ayının sonundan indiyədək belə xəstələrin ümumi sayı 524 mindən çox olub, onlardan 280 mindən çoxu müalicə olunur. Ümumilikdə 27 nəfər ölüb, onlardan ən azı birində “omikron” aşkar edilib.

Cümə axşamı, TSNAK agentliyi xəbər verib ki, xalq respublikası ərazisində ilk dəfə olaraq gizli “omikron” kimi tanınan “OMİKron BA.2” ştamının alt növü olan koronavirus aşkarlanıb.

Qeyd edək ki, pandemiyanın yayıldığı üç ildən artıq müddədə KXDR lideri ölkəsində “COVİD-19” virusunun olmadığını bildirib və bu barədə hər hansı məlumatın yayılmasını qadağan edib. 2020-ci ildə uzun müddət görünməyən Kim Çen Inın koronvirusa yoluxduğu barədə dəqiqləşdirilməmiş məlumatlar yayılsa da, rəsmi dairələr bunu qətiyyətlə inkar etmişdilər. Kim isə uzun “məzuniyyətdən” sonra ilk dəfə görünən də xeyli arıqladığı xarici mətbuatın nəzərini cəlb etmişdi. Bir neçə gün əvvələ qədər bütün rəsmi dairələr ölkədə pandemiyanın olmadığı bildirilirdi. Ekspertlərin fikrincə, artıq vəziyyət dözülməz hala gəlib. Əhalinin peyvənd olunmasından imtina edən Kim indi çaşqın vəziyyətə düşüb.//Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*