Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az məktubun mətnini təqdim edir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir”.