Kim Çen In Rusiyanın Primorye bölgəsinə gəldibackend

Kim Çen In Rusiyanın Primorye bölgəsinə gəldi

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Primorye bölgəsinə gəlib.

KONKRET.az xəbər verir ki, prerzidentin qatarı Vladivostokdan 45 kilometr aralıda yerləşən Artyom dəmir yolu stansiyasında dayanıb.

Onu platformada Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov və Primorye vilayətinin qubernatoru Oleq Kozhemyako qarşılayıb. Artemovski qəsəbəsindəki 7 nömrəli məktəbin şagirdləri Şimali Koreya liderini gül-çiçəklə qarşılayıblar. Riyaziyyat müəllimi Evgeniya Şelupaiko deyib ki, bunlar Artemovsk İstilik Elektrik Stansiyasının işçilərinin övladları və nəvələridir.

Primorye regionunun beynəlxalq əməkdaşlıq agentliyinin rəhbəri Aleksey Stariçkovbildirib  ki, Artyom Primorye bölgəsinin əsas nəqliyyat mərkəzidir, burada həm hava limanı, həm də dəmir yolu stansiyası yerləşir.

Qeyd edək ki, Kim Çen In Rusiyaya Vladimir Putinin dəvəti ilə gəlib. Sentyabrın 13-də “Vostochnı” kosmodromunda həm nümayəndə liderlər arasında  təkbətək danışıqlar aparılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*