Kim Çen In və Şoyqu Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına baş çəkibbackend

Kim Çen In və Şoyqu Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına baş çəkib

Şimali Koreya lideri Kim Çen In və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladivostokda Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına baş çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, qonaqları gəmi komandiri, ikinci dərəcəli kapitan Sergey Merkulov qarşılayıb. Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Yevmenov gəminin xüsusiyyətləri, torpedo qurğuları və RBU-6000 reaktiv bombardmançı təyyarələri haqqında məlumat verib.

Qeyd edək ki, “Marşal Şapoşnikov” freqatı 1980-ci illərin ortalarında iri sualtı qayıq əleyhinə gəmi kimi tikilib, bir neçə il əvvəl isə modernləşdirilib, modernləşdirmə zamanı gəmidə müasir silahlar quraşdırılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*