“Kim nüvə sınağı keçirsə…” – Rusiyadan xəbərdarlıqbackend

"Kim nüvə sınağı keçirsə..." - Rusiyadan xəbərdarlıq

“Əgər bu və ya digər ölkə qlobal təhlükəsizlik naminə nüvə sınaqlarının keçirilməsi ilə bağlı yanlış və zərərli qərar qəbul edərsə, Moskva buna bənzər cavab verəcək”. 

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Müvafiq potensiala malik bu və ya digər paytaxtda yanlış və beynəlxalq təhlükəsizliyə zərərli sınaqların keçirilməsi ilə bağlı qərarlar qəbul edilərsə və bu kontekstdə, əlbəttə ki, ilk növbədə, Vaşinqton bizim diqqətimizdə olarsa, o zaman bizim tərəfdən güzgü reaksiyası gələcək və bunu gözləmək çox çəkməyəcək”, – Ryabkov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*