“Kimlərinsə maraqları olduğu üçün, bu sahədə ciddi problemlər yaşanır” – Niyə dərman istehsal etmirik?backend

“Kimlərinsə maraqları olduğu üçün, bu sahədə ciddi problemlər yaşanır” – Niyə dərman istehsal etmirik?

Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində kəskin artım müşahidə olunur. Bəzi hallarda isə axtardığımız dərmanları tapa bilmirik. Məlumdur ki, ölkəmizdə dərman istehsalı sahəsində ciddi boşluqlar var. Bəs görəsən, bu sahənin inkişafı üçün hansı tədbirlər görülməlidir?

Həkim: “Mən səhiyyədə ciddi keyfiyyət dəyişikliyi müşahidə etmirəm”

Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, həkim-radioloq Aydın Əliyev bildirib ki, dərman istehsalı kompleks yanaşma tələb edir: “Azərbaycanda dərman istehsalı sahəsində vəziyyət bərbad haldadır. İstehsal olmadığına görə ən sadə dərmanları belə biz xarici ölkələrdən idxal edirik. Hesab edirəm ki, dərman istehsalı işini ölkədə təşviq və təmin etmək lazımdır. Bu isə kompleks yanaşma tələb edir. Rusiya-Ukrayna müharibəsi, Belarusun bu müharibəyə müdaxiləsi həmin ölkələrdən Azərbaycana gətirilən dərman maddələrinin idxalında ciddi maneələr yaradıb. Hazırda ölkədə dərman çatışmazlığına görə qiymətlərdə kəskin artım müşahidə olunur. İstehsalı təşkil etmək üçün ilk növbədə  fabrik və zavodlar tikilməlidir. Digər tərəfdən xammal məsələsi çox vacibdir. Bitkilər əkilməli, plantasiyalar salınmalıdır. Dərman vasitələri hazırlanan bitkilərin tədarükü görülməlidir. Əslində bu çox da çətin bir məsələ deyil. Azərbaycan dövlətinin buna kifayət qədər imkanları var. Təəssüf ki,  burada kimlərinsə maraqları olduğuna görə, sözügedən sahədə ciddi problemlər yaşanır”.

Bu il manatı hansı məzənnədə görə biləcəyik? - İqtisadçıdan devalivasiya  ilə bağlı AÇIQLAMA

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanda dərman istehsalı məsələsini yenidən  gündəmə gətirib: “Son dövrlərdə Azərbaycanda dərman istehsalına çox böyük ehtiyac yaranıb. Çünki ölkənin dərman bazarı idxaldan asılı vəziyyətdədir. Məlumdur ki, Azərbaycana daha çox Rusiyadan dərman gətirilir. Rusiyada baş verən münaqişə zəminində idxalın kəskin şəkildə azalması alternativ dərmanların bazara daxil olması ilə nəticələnib. Belə bir şərait  əvəzləyici dərman məhsullarının  istifadəsini aktuallaşıb. Lakin həmin alternativlər Rusiya dərmanları ilə müqayisədə dəfələrlə bahadır. Buna görə apteklərdə qiymət artımı tendensiyası müşahidə olunur. Təəssüf ki, Rusiyanın öz dərman sənayesinin 80 faizi də  xarici xammallardan asılıdır. Bu asılılıq Rusiyanın dərman istehsalına öz təsirini göstərir. Bununla yanaşı  hər bir problem yeni imkanlar yaradır. İndiki halda Azərbaycanda bu sahəyə diqqətin ayrılmasına çox böyük ehtiyac var. Hətta Azərbaycan daha öncədən dərman istehsalına başlamalı idi”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*